Ali Milli Təhlükəsizlik Şurasının katibi İranı ayıq-sayıq olmağa çağırıb

Baş səhifə

Bakı. Trend:

İranda bir çox şəxslərin bir-birləri ilə fikir ayrılığı var,
lakin hamı ayıq-sayıq olmalıdır.

Trend-in
məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının
katibi Əli Laricani bu gün yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, fikir ayrılıqları kənara qoyulmalı və
birlikdə irəliləmək lazımdır.

Laricani deyib ki, gələn günlərdə müəyyən problemlər yarana
bilər, lakin sonradan aydın perspektiv olacaq.




Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.