İranda məktəbə zərbə nəticəsində 100-dən çox uşaq həlak oldu

Baş səhifə

Bakı. Trend:

ABŞ və İsrailin hərbi təyyarələrinin İranda bir məktəbə
endirdiyi zərbə nəticəsində 100-dən çox uşaq həlak olub və mülki
şəxslər arasında ölənlərin sayı artmaqda davam edir.

Trend xəbər verir
ki, bunu İslam Respublikasının dünya təşkilatındakı daimi
nümayəndəsi Əmir Səid İrəvani ABŞ və İsrailin İrana hücumları ilə
əlaqədar çağırılan BMT Təhlükəsizlik Şurasının təcili iclasında
bildirib.




“Çoxsaylı mülki yaşayış binaları ilə yanaşı, təcavüzkarlar
Hormozgan əyalətinin Minab şəhərindəki bir məktəbə də hücum edərək
100-dən çox uşağın ölümünə səbəb olublar. Günahsız mülki itkilərin
sayı artmaqda davam edir”, – deyə İrəvani bildirib.