Antonio Quterreş Yaxın Şərqdə hərbi eskalasiyanı pislədi

Baş səhifə

Bakı. Trend:

Antonio Quterreş Yaxın Şərqdə baş verən hərbi eskalasiyanı
qınayaraq bunun beynəlxalq sülhə və sabitliyə xələl gətirdiyini
bildirib.

Trend xəbər verir
ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının baş katibinin
mətbuat xidməti məlumat yayıb.




Bəyanatda deyilir: “Yaxın Şərqdə bu gün baş verən hərbi
eskalasiyanı pisləyirəm. ABŞ və İsrailin İrana qarşı güc tətbiq
etməsi və İranın regionda sonrakı reaksiyası beynəlxalq sülhü və
sabitliyi sarsıdır”.