SEPAH ABŞ-nin hərbi gəmisinə raket zərbələri endirib

Baş səhifə
SEPAH ABŞ-nin hərbi gəmisinə raket zərbələri endirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin hərbi gəmisinə raket hücumu edib.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

SEPAH-a istinadən bildirilib ki, ABŞ ordusunun digər hərbi dəniz qüvvələri də hədəfə çevriləcək.

İtkilər barədə məlumat açıqlanmayıb.