Yanvarda Banklararası Kart Mərkəzi vasitəsilə dollarla aparılmış əməliyyatların həcmi məlum oldu

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda
Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə ümumilikdə 5,6 milyon
dollar məbləğində 21,4 min emal edilmiş ödəniş əməliyyatı həyata
keçirilib.

Bu barədə Trend
Azərbaycanın Mərkəzi Bankından məlumat verilib.

Tənzimləyicinin məlumatına əsasən, 2025-ci ilin eyni dövrü ilə
müqayisədə əməliyyatların sayı təxminən 7,2 min və ya 25,2 faiz,
əməliyyatların həcmi isə 1,4 milyon dollar və ya 20 faiz
azalıb.




Belə ki, 2025-ci ilin yanvar ayında Azərbaycanda BKM vasitəsilə
ümumi məbləği 7 milyon dollar olan 28,6 min ödəniş əməliyyatı
həyata keçirilmişdi.

Qeyd edək ki, BKM bank kartları üzrə ödənişlərin təhlükəsiz və
operativ emalını təmin edən texnoloji və maliyyə infrastrukturudur,
yəni banklar arasında ödənişlərin düzgün ötürülməsini və yekun
icrasını həyata keçirir.