Küveyt ABŞ-nin Əli əl-Salim aviabazasına atılan raketləri zərərsizləşdirib – YENİLƏNİB

Baş səhifə
Küveyt ABŞ-nin Əli əl-Salim aviabazasına atılan raketləri zərərsizləşdirib - YENİLƏNİB

ABŞ-nin Küveytdəki Əli əl-Salim aviabazası bir neçə ballistik raket hücumuna məruz qalıb, raketlər Küveytin hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən zərərsizləşdirilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Saud Əbdüləziz əl-Otaybi açıqlama verib.

“Əli əl-Salim aviabazası bir neçə ballistik raket hücumuna məruz qalıb. Bu gün səhər Küveyt hava hücumundan müdafiə qüvvələri onları uğurla zərərsizləşdirilib, qalıqları bazanın yaxınlığına düşüb”, – o qeyd edib.

Küveytdə partlayış səsləri eşidilib.

“Report” xəbər verir ki, bu barədə “Al Jazeera Arabic” məlumat yayıb.

Məlumata görə, həyəcan siqnalları işə düşüb.