SEPAH ABŞ-nin Qətərdəki RLS-sistemini məhv edib – YENİLƏNİB

Baş səhifə
SEPAH ABŞ-nin Qətərdəki RLS-sistemini məhv edib - YENİLƏNİB

İranın zərbələri nəticəsində ABŞ-nin Qətərdəki RLS-sistemi məhv edilib.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr şöbəsinin bəyanatına istinadən məlumat yayıb.

“ABŞ-nin Qətərdə yerləşən, ballistik raketlərin izlənilməsi üçün unikal avadanlıqla təchiz edilmiş, 5000 kilometr mənzilli FP132 radarı tamamilə məhv edilib”, – məlumatda deyilir.

ABŞ-nin Yaxın Şərq regionundakı bütün obyektləri İran ordusu üçün qanuni hədəflər sayılır.

“Report”un məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.

Bəyanatda İranın hərbi əməliyyatının hədəflər tamamilə məhv edilənə qədər davam edəcəyi bildirilib.

“İsrailin və ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi hədəfləri İran raketlərinin güclü zərbələri ilə vurulub, ABŞ-nin regiondakı bütün obyektləri İran ordusu üçün qanuni hədəflər sayılır”, – bəyanatda qeyd olunub.

İran öz ərazisinə edilən hücuma yaxın saatlarda cavab verəcək.

“Report” xəbər verir ki, bu barədə KİV İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığına istinadən məlumat yayıb.

SEPAH əməliyyatı “Daşqının sonu” adlandırıb.