Timor-Leste Prezidenti XIII Qlobal Bakı Forumunda iştirak edəcək

Baş səhifə

Bakı. Trend:

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose
Ramos-Horta martın 12-dən 14-dək keçiriləcək XIII Qlobal Bakı
Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Trend-in
diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, Prezident forum
çərçivəsində qlobal miqyaslı aktual çağırışlar və proseslər
mövzusunda panel müzakirələrində iştirak edəcək.

Qeyd edək ki, 12–14 mart 2026-cı il tarixlərində “Keçid
mərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”
mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır.
2013-cü ildə yaradılmış və Nizami Gəncəvi Beynəlxaq Mərkəzi
tərəfindən təşkil olunan forum hazırda vəzifədə olan və sabiq
dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və alimlər üçün
regional və qlobal siyasətin müzakirə edildiyi platforma rolunu
oynayır.

Yeni forum regionda diplomatik fəallığın artdığı bir dövrə
təsadüf edir və əsas diqqət geosiyasi keçid prosesləri və
beynəlxalq təhlükəsizlik məsələlərinə yönələcək.