
Bakı.Trend:
Özbəkistan İsrail ərazisində olan vətəndaşlarını gözlənilən
intensiv raket atəşləri fonunda təhlükəsizlik tədbirlərinə ciddi
riayət etməyə çağırıb.
Trend bu barədə
Özbəkistanın İsraildəki səfirliyinə istinadən xəbər verir.
Səfirlikdən bildirilib ki, Özbəkistan vətəndaşlarına şəxsi
təhlükəsizlik üçün bütün zəruri tədbirləri görmək və İsrail Hərbi
Təchizat Komandanlığının göstərişlərinə ciddi əməl etmək tövsiyə
olunur.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən və
havadan zərbələri endirməyə başlayıb.


