
Bakı. Trend:
İrandan İsrail istiqamətinə ballistik raketlərin buraxılması
qeydə alınıb.
Trend “Times of
Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə
Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qısa zamanda ölkənin təhlükədə olan yaşayış
məntəqələrində həyəcan təbillərinin çalınması gözlənilir.
İsrail hökuməti vətəndaşlarını təhlükəsiz sığınacaqlara üz
tutmağa çağırıb.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən və
havadan zərbələri endirməyə başlayıb.


