Bakı. Trend:
Hazırda İran paytaxtı Tehranda həyəcan siqnalı
çalınmaqdadır.
Bu barədə Trend
İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, həyəcan siqnallarının raket və ya hava hücumu
nəticəsində aktivləşdiyi bildirilir.
Hazırda Tehranın müxtəlif məntəqələrində, o cümlədən Pastor,
Şəriəti, Azadi və digər məntəqələrində yanğının baş verdiyi
bildirilir.
Qeyd edək ki, ötən saatlarda paytaxt Tehranda çoxlu sayda
partlayışlar baş verib. İran mediası partlayışların raket hücumu
nəticəsində baş verdiyini bildirir.

