Bakının mərkəzindəki bu binalar sökülür – FOTOLAR

Baş səhifə

Bakının mərkəzində 3 bina sökülür.

Modern.az məlumat verir ki, söhbət Nəsimi rayonu Xaqani küçəsi 54 və Üzeyir Hacıbəyli 51 ünvanlarında yerləşən beşmərtəbəli və Kövkəb Səfərəliyeva 2 ünvanında yerləşən çoxmərtəbəli binadan gedir.

Bir-birinə yaxın yerləşən bu binaların sakinləri artıq oradan köçürülüb. Hazırda söküntünün aktiv mərhələsinə hazırlıq işləri görülür.

Məlumata görə, sökülən binaların yerində tikinti şirkətlərindən biri tərəfindən daha böyük kompleks inşa ediləcək.(“Qafqazinfo”)