Qazaxıstanda Mərkəzi Asiyanın ən böyük təyyarə təmiri mərkəzi tikilir

Baş səhifə
Qazaxıstanda Mərkəzi Asiyanın ən böyük təyyarə təmiri mərkəzi tikilir

Qazaxıstanın Şımkent şəhərində Mərkəzi Asiyanın ən böyük təyyarələrinə texniki xidmət mərkəzinin tikintisi başlayıb.

“Report”un məlumatına görə, bu barədə Qazaxıstan KİV-ləri Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Layihəni SCAT aviaşirkəti Boeing ilə tərəfdaşlıq çərçivəsində həyata keçirir.

“Layihə Boeing istehsalı olan hava gəmilərinin, o cümlədən Boeing 737 (Classic/NG/MAX), Boeing 757/767 ailələrinə aid təyyarələrin, həmçinin genişgövdəli Boeing 777 hava gəmiləri üzrə perspektiv proqramların texniki xidmətinə yönəlmiş tam istehsal dövrünə malik müasir mərkəzin yaradılmasını nəzərdə tutur. Bu baxımdan əlavə Boeing hava gəmilərinin satın alınması planlaşdırılır”, – nazirlikdən bildiriblər.

Layihənin həyata keçirilməsi Qazaxıstanda xarici aviaşirkətlərin hava gəmilərinin texniki xidmətinə cəlb oluna biləcək beynəlxalq səviyyəli müasir servis bazasının formalaşdırılmasına imkan verəcək.