Ötən il Azərbaycan 23 ton qurbağa əti satıb – RƏSMİ

Baş səhifə

Bakı. Trend:

Ötən il Azərbaycan təxminən 23 ton (23006 kq) qurbağa ayağı
ixrac edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi
Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilir ki, 2025–ci il ərzində Azərbaycanda istehsal olunan
qurbağa ayaqları ümumilikdə 3 ölkəyə ixrac edilib:




“Qurbağa əti Azərbaycandan İtaliya (18 032 kq), Fransa (4 808
kq) və İspaniyaya (166 kq) ixrac olunub. Qurbağa əti ölkəmizdə
Avropa İttifaqında qeydiyyatda olan 2 müəssisə tərəfindən ixrac
olunur”, məlumatda vurğulanıb.

Qeyd edək ki, 2024-cü ildə də Azərbaycan təxminən 20 tona yaxın
qurbağa əti ixrac edib. İxrac olunan qurbağa ayaqları Salyan
rayonu, Şorsulu kəndində “AZARIFROG” MMC və Masallı rayonu,
Qızılağac kəndində “Az Fish and Frog” MMC qurbağa emalı
müəssisələrində yetişdirilir.