
Bakı. Trend:
Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən
narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs
ifşa olunub.
Trend xəbər verir ki, bu
barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Belə ki, paytaxt sakini Aqil Məmmədovun idarə etdiyi “Renault”
markalı avtomobil manevr qaydalarını pozduğu üçün yol-patrul
xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin
yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun
tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Aqil
Məmmədovun narkotik maddə qəbul etməsi müəyyən olunub.
Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə
göndərilib və Aqil Məmmədov inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin
təsiri altında sükan arxasına əyləşərək günahsız insanların
həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı
tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli
tədbirlərin görüləcəyini bildirir.


