OpenAI süni intellekt modellərini Pentaqonun məxfi şəbəkəsində yerləşdirəcək

Baş səhifə
OpenAI süni intellekt modellərini Pentaqonun məxfi şəbəkəsində yerləşdirəcək

OpenAI ABŞ Müharibə Nazirliyinin məxfi şəbəkələrində öz süni intellekt modellərinin yerləşdirilməsi barədə razılığa nail olub.

“Report”un məlumatına görə, bu barədə OpenAI-nin baş direktoru Sem Altman “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, şirkət Pentaqon ilə öz Sİ modellərinin məxfilik qrifi olan qorunan bulud infrastrukturunda tətbiqi barədə razılaşıb.

“Bütün əlaqələrimizdə Pentaqon təhlükəsizlik məsələlərinə dərin hörmət və mümkün olan ən yaxşı nəticəyə nail olmaq üçün tərəfdaşlığa can atma nümayiş etdirib”, – Altman əlavə edib.