Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında
köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar Nazirliyin
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri
çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti
aidiyyəti üzrə təhvil verilib.

