NASA “Artemis 3” missiyası çərçivəsində Aya enişi ləğv etdi

Baş səhifə

Bakı. Trend:

Gələn il Ay səthinə astronavtların enişini nəzərdə tutan
“Artemis 3” missiyası ləğv olundu.

Trend-in
məlumatına görə, bu barədə NASA-nın rəhbəri Karid Ayzekman Ay
proqramı ilə bağlı yenilənmiş məlumatlara həsr olunmuş brifinqdə
məlumat verib.




Onun sözlərinə görə, “Artemis 3”ün buraxılışı 2027-ci ilə
planlaşdırılırdı. Əvəzində missiya “Orion” kosmik gəmisinin Yerə
yaxın aşağı orbitdə sınağını və Ay eniş modullarını təmin edən bir
və ya hər iki təchizatçılarla görüş prosedurunun yoxlanışını əhatə
edəcək.

Ayzekman qeyd edib ki, əgər bu plan uğurla həyata keçirilsə,
2028-ci ilin əvvəlində “Artemis 4”, ilin sonunda isə “Artemis 5”
missiyaları çərçivəsində Aya eniş üçün imkan yaranacaq.