
Kanadanın süni intellekt naziri Evan Solomon bəyan edib ki, Britaniya Kolumbiyasındakı məktəbdə baş verən son atışmasından sonra “ChatGPT”inin təhlükəsizlik tədbirlərini necə gücləndirməyi planlaşdırdığını müzakirə etmək üçün gələn həftə “OpenAI”nin baş direktoru Sam Altman ilə görüşəcək.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Hüquq-mühafizə orqanlarının məlumat mübadiləsi protokollarını gücləndirmək, Kanada hakimiyyəti ilə birbaşa əlaqə kanalları yaratmaq və təhlükəsizlik tədbirlərini gücləndirmək öhdəliklərini qeyd etsək də, bu öhdəliklərin praktikada necə həyata keçiriləcəyi ilə bağlı hələlik ətraflı bir plan görməmişik”, – deyə Kanada naziri bildirib.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


