Boliviyada təyyarənin qəzaya uğraması nəticəsində 15 nəfər həlak oldu

Baş səhifə

Bakı. Trend:

Boliviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin El-Alto
şəhərində magistral yolda qəzaya uğraması nəticəsində ən azı 15
nəfər ölüb, 12 nəfər yaralanıb.

Trend-in
məlumatına görə, bu barədə “Unitel” televiziya kanalı xəbər
verib.




Məlumata əsasən, Boliviyanın yanğınsöndürmə rəisi Pavel Tovar
televiziyada bildirib ki, hadisə nəticəsində bütün heyət üzvləri
həlak olub.

Həkimlər və yanğınsöndürənlər hadisə yerində işlərini davam
etdirirlər.