Omanın xarici işlər naziri İran-ABŞ danışıqlarının müsbət nəticələrini açıqladı

Baş səhifə

Bakı. Trend:

Omanın xarici işlər naziri Bədr əl-Busaidi Körfəz Əməkdaşlıq
Şurası ölkələrinin xarici işlər nazirləri ilə bir sıra telefon
danışıqları aparıb.

Trend-in
məlumatına görə, bu barədə Oman Xarici İşlər Nazirliyinin
məlumatında bildirilib.

Bildirilib ki, nazir İran və ABŞ arasında nüvə dosyesi üzrə
dolayı danışıqların “müsbət nəticələri” barədə onları
məlumatlandırıb.




Əl-Busaidi Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx
Məhəmməd bin Əbdül Rəhman Əl-Tani, BƏƏ Baş nazirinin müavini və
Xarici İşlər naziri Şeyx Abdullah bin Zayed Əl-Nəhyan, Səudiyyə
Ərəbistanının Xarici İşlər naziri Şahzadə Feysəl bin Fərhan
Əl-Səud, eləcə də Küveyt və Bəhreynli həmkarları ilə əlaqə
saxlayıb. Oman Xarici İşlər Nazirliyinin rəhbəri onları “İran və
ABŞ arasında dolayı danışıqlar yolu ilə əldə edilən ən diqqətəlayiq
müsbət nəticələr” barədə məlumatlandırdı. O, həmçinin “dialoqun
impulsunu qorumağın və regionda eskalasiyanın azaldılmasına və
təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş diplomatik səyləri
dəstəkləməyin vacibliyini” vurğuladı.

Bundan əlavə, tərəflər iqtisadi əməkdaşlığı inkişaf etdirmək və
təhlükəsizliyi qorumaq üçün “yeni regional dialoq mexanizmi”nin
yaradılmasını müzakirə ediblər.