Azərbaycan basketbol millisi səfərdə İrlandiyaya qalib gəlib

Baş səhifə

Bakı. Trend:

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa
çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Trend-in məlumatına görə, A qrupunda yer alan yığma səfərdə
İrlandiya seçməsinin qonağı olub.

Dublindəki “Milli Basketbol Arenası”nda təşkil olunan qarşılaşma
yığmanın 76:75 hesablı qələbəsi ilə yekunlaşıb.




Komandamız növbəti görüşünü martın 2-si doğma meydanda Şimali
Makedoniya seçməsinə qarşı keçirəcək.

Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və
Lüksemburqa (90:95) məğlub olub.