
Bakı. Trend:
ABŞ “Vaqner” ÖHŞ ilə əlaqələrinə görə sanksiyalara məruz qalan
Mali müdafiə naziri və digər iki hərbi liderə qarşı sanksiyaları
ləğv edib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin strukturuna
daxil olan Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında
bildirilib.
Məlumata əsasən, Malinin müdafiə və veteranlar işləri naziri
Sadio Kamara, eləcə də bu ölkənin Hərbi Hava Qüvvələrinin Qərargah
rəisi və onun müavini məhdudlaşdırıcı tədbirlərdən azad
ediliblər.
Qeyd edək ki, onlar 2023-cü ilin iyul ayında sanksiya siyahısına
əlavə ediliblər. Həmin şəxslər 2021-ci ilin dekabr ayından bəri “Vaqner Qrupu ilə sıx əməkdaşlıq etməkdə”, Malidəki mövcudluğunu
asanlaşdırmaqda və genişləndirməkdə ittiham olunurdular.


