“Zirə” “Araz-Naxçıvan”a qalib gəldi – Misli Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XXII turun daha bir oyunu
keçirilib.

Trend-in
məlumatına görə, günün ikinci matçında “Araz-Naxçıvan” “Liv Bona
Dea Arena”da “Zirə”ni qəbul edib. Qarşılaşma qonaqların minimal
hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 67-ci dəqiqədə Ayron
Qomis vurub.




Bu nəticədən sonra xallarını 38-ə çatdıran “Zirə” 4-cü pillədə
qərarlaşıb. “Araz-Naxçıvan” isə 33 xalla 5-ci sırada qalıb.

Qeyd edək ki, XXII turun açılış oyununda “Kəpəz” “Sumqayıt”a 3
cavabsız qolla qalib gəlib. Turun növbəti oyunları fevralın 28-də
və martın 1-də keçiriləcək.