Böyük Britaniyanın keçmiş baş naziri Zelenskinin müşaviri oldu

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın sabiq
Baş naziri Rişi Sunakı özünə müşavir təyin edib.

Trend-in
məlumatına görə, bu barədə “The Independent” qəzeti xəbər
verib.




“Rişi Sunak Kiyevin gələn qışa qədər enerji sektorunu bərpa
etməyə çalışdığı bir vaxtda Ukrayna hökumətinə iqtisadi dirçəlişlə
bağlı məsləhət verməyə başlayıb”, – deyə bildirilib.

R.Sunakın pulsuz məsləhətlər verəcəyi qeyd edilib. Keçmiş
Britaniya Baş nazirinin də daxil olduğu beynəlxalq qrup Ukraynaya
müdafiə sektoruna investisiya cəlb etməyə və “ölkənin enerji
dayanıqlığını gücləndirməyə” kömək etməyi planlaşdırır.