
Bakı. Trend:
“Barselona”nın futbolçusu Markus Reşfordun gələcəyi
müəyyənləşib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda
ingiltərəli oyunçu Kataloniya təmsilçisində qalacaq.
“Barselona” 28 yaşlı hücumçunu ötən ilin yayında “Mançester
Yunayted”dən satınalma hüququ ilə icarəyə götürmüşdü. Hazırda
klublar arasında transfer qiyməti ilə bağlı fikir ayrılıqları qalsa
da, razılaşmanın baş tutması demək olar qaçılmaz sayılır.
Bildirilir ki, bütün tərəflər Reşfordun “Barselona”ya birdəfəlik
keçidini gözləyir. Oyunçu özü də “Barselona”da qalmaq üçün maaşının
azaldılmasına hazırdır.
Bu mövsüm Markus 34 matçda 10 qol vurub, 13 məhsuldar ötürmə
verib.


