
Azərbaycanın paragüllə atıcısı Aybəniz Babayeva Fransanın La-Şapel-Sen-Lyuk şəhərində keçirilən Qran-Pridə gümüş medal qazanıb.
Bu barədə “Report”a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Təmsilçimiz 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P2) 220.8 xalla gümüş medala sahib çıxıb.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


