
Bakı.Trend:
Cari ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda
rezident maliyyə institutları tərəfindən buraxılmış “Visa” ödəniş
kartları (o cümlədən statistik vahidin ödəniş kartları) üzrə
tranzaksiyaların sayı 134,7 milyon ədəd, əməliyyatların həcmi isə
6,7 milyard manat təşkil edib.
Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına (AMB) isitnadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə tranzaksiyaların sayı 31,6
milyon və ya 30,6 faiz, əməliyyatların həcmi isə 1,1 milyard manat
və ya 18,6 faiz artıb.
Eyni zamanda, qeyri-rezident maliyyə təşkilatları tərəfindən
buraxılmış “Visa” kartları üzrə tranzaksiyaların sayı 831 min,
əməliyyatların həcmi isə 74,4 milyon manat olub.
Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə
Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları
tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilən
bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə
əməliyyatlar isə ölkə ərazisində xarici maliyyə institutları
tərəfindən buraxılmış kartlarla aparılan tranzaksiyalardır.


