
Bakı. Trend:
Amerikanın məşhur restoranlar şəbəkəsi “Popeyes” yaxın beş il
ərzində Azərbaycanda 20 restoran açmağı planlaşdırır.
Trend xəbər
verir ki, bu barədə “Popeyes Azerbaijan”ın həmtəsisçisi Məhəmməd
Əfəndiyev “Crescent Mall”da şəbəkənin ilk restoranının açılışı
zamanı bildirib.
Onun sözlərinə görə, bu planların həyata keçirilməsi
çərçivəsində yeni restoranlarda təxminən 1000 işçinin işə cəlb
olunması nəzərdə tutulur, həmçinin digər brendləri ölkəyə cəlb
etməklə fəaliyyətin genişləndirilməsi planlaşdırılır.
“Hazırda bizim 60 işçimiz var və yaxın vaxtlarda onların sayı
100-ə çatacaq. Biz, bu yola Azərbaycanın təchizat zəncirini
zənginləşdirmək arzusu ilə başladıq, biznes mühitinin yüksək
səviyyəsini ölkəyə xarici brendləri cəlb etmək və eyni zamanda
Azərbaycan brendlərini dünya bazarına çıxarmaq imkanı olaraq
istifadə etməyə qərar verdik”, – deyə o bildirib.
M.Əfəndiyev vurğulayıb ki, Bakıda “Popeyes” şəbəkəsinin ikinci
restoranı mart ayında “Gənclik Mall”da açılacaq.


