Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşlarının həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş
kreditlərin həcmi 1,855 milyard manata çatıb.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 11,4 milyon manat
və ya 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 9,7 milyon
manat və ya 0,5% azdır.




Qeyd edək ki, ümumilikdə bu ilin fevralın 1-nə Azərbaycanda real
sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manat
təşkil edib.

Bu da aylıq müqayisədə 50 milyon manat və ya 0,1% az, 2025-ci
ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat
və ya 9% artım deməkdir.