Azərbaycanda “Hökumət buludu”na keçid gələn ilin dekabr ayında başa çatacaq

Baş səhifə
İKT

  • 27 fevral, 2026
  • 15:23
Azərbaycanda Hökumət buluduna keçid gələn ilin dekabr ayında başa çatacaq

Dövlət informasiya ehtiyatlarının və sistemlərinin “Hökumət buludu”na keçidi 2027-ci ilin dekabr ayında tamamlanacaq.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, dövlət İT infrastrukturunun 100 % “Hökumət buludu” üzərindən idarə edilməsi, əməliyyat xərclərinə qənaət və kiberdayanıqlılığın təmin edilməsi planlaşdırılır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.