CAREC ölkələrində yekun enerji istehlakı 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə artacaq

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC)
üzv ölkələrdə yekun enerji istehlakının 2030-cu ilədək əhəmiyyətli
dərəcədə artacağı gözlənilir və artım tempi ölkə və ssenaridən
asılı olaraq fərqlənəcək.

Bu barədə Trend
“CAREC İnstitute”a istinadən xəbər verir.

Çin istisna olmaqla, regionda enerji istehlakı təxminən 32% arta
bilər (2020-ci ildəki 204 milyon ton neft ekvivalenti (tne)
səviyyəsindən enerji səmərəliliyi tədbirlərinin həyata
keçirilməsindən asılı olaraq 254–290 milyon tne- qədər).

Ən böyük artımın elektrik enerjisi və təbii qaz istehlakında,
xüsusilə də yaşayış və sənaye sektorlarında olacağı gözlənilir.

“Business-As-Usual (BAU)” ssenarisində kömür və neftin payının
nisbətən sabit qalmasına rəğmən, “Government Commitments” və “Green
Growth” ssenarilərində bu payın azalacağı proqnozlaşdırılır.
Xüsusilə “Green Growth” ssenarisində kömürün payı 10%-dən 5%-ə
düşür”, – hesabatda qeyd olunur.




Mütləq göstəricilərdə kömür istehlakı ümumi tələbin artması
səbəbindən BAU ssenarisində artmaqda davam edir, lakin “Green
Growth” ssenarisində kömürün təbii qazla əvəzlənməsi hesabına
azalır.

Çin də nəzərə alınmaqla, CAREC regionunda yekun enerji
istehlakının 2030-cu ilədək təxminən 10% artaraq 2,4–2,7 milyard
tne-yə çatacağı proqnozlaşdırılır. Ən böyük artımın təbii qazda
olacağı gözlənilir – illik 3–4% artım tempi ilə ümumi istehlakın
10–13%-ni təşkil edəcək. Elektrik enerjisinin payı da bütün
ssenarilərdə artır, neftə tələbat isə nəqliyyat ehtiyacları
səbəbindən sabit qalır və ya mülayim artır. Kömür istehlakının
bütün ssenarilərdə azalacağı gözlənilir; bu, ilk növbədə Çinin
kömürdən istifadənin məhdudlaşdırılmasına yönəlmiş strateji
tədbirləri ilə bağlıdır, baxmayaraq ki, elektrik enerjisi
istehsalında kömürdən asılılıq davam edir.

Sektorlar üzrə baxdıqda, Çin istisna olmaqla CAREC ölkələrində
ən sürətlə artan enerji istehlakçısı nəqliyyat sektorudur və
2030-cu ilədək proqnozlaşdırılan orta illik artım tempi (CAGR) 3–4%
təşkil edir. “Yaşayışvə sənaye sektorlarında enerji istehlakının
daha mülayim – illik təxminən 2–3% artacağı gözlənilir ki, bu da
məqsədyönlü enerji səmərəliliyi tədbirlərinin təsirini əks
etdirir”, – hesabat müəllifləri əlavə edirlər.

Çin də nəzərə alınmaqla, nəqliyyat və yaşayış sektorları enerji
istehlakının artımında əsas hərəkət verici qüvvələr olaraq
qalmaqdadırlar və müvafiq olaraq 2–3% və 2–4% CAGR
proqnozlaşdırılır.