UEFA Avropa klublarının maliyyə vəziyyəti ilə bağlı hesabat yayımladı

Baş səhifə

Bakı. Trend:

UEFA Avropa klublarının maliyyə vəziyyəti ilə bağlı hesabat
yayımlayıb.

Trend xəbər verir ki, Avropa
Futbol Assosiasiyaları İttifaqının məlumatına görə, İngiltərə
Premyer Liqası komandaları 2024-cü ildə 7 milyard 447 milyon avro
gəlir əldə edərək hamını geridə qoyub. Bu məbləğ 2023-cü illə
müqayisədə 4% artıb.

Bundesliqa klubları 3,90 milyard, La Liqa 3,88 milyard, İtaliya
klubları 2,92 milyard, Fransa klubları 2,58 milyard, Rusiya Premyer
Liqası isə 1,03 milyard avro gəlir əldə edib.




İl ərzində ən böyük gəlir artımı Türkiyədə qeydə alınıb – 64%
(877 milyon avroya qədər).

Ümumilikdə Avropanın yüksək liqalarının bütün komandaları 28,6
milyard avro gəlir əldə edib. Gözlənilir ki, 2025-ci ildə bu rəqəm
30 milyard həddini keçəcək. 20 milyardlıq göstərici 2017-ci ildə,
10 milyardlıq hədd isə 2007-ci ildə qeydə alınmışdı.