Qazaxıstanda kafedə partlayış baş verdi, ölənlər var

Baş səhifə

Bakı. Trend:

Qazaxıstanın Aqmola vilayətinin Burabay rayonunun Şuçinsk
şəhərində kafedə partlayış baş verib.

Trend xəbər verir ki, hadisə
nəticəsində altı nəfər həlak olub, təxminən 20 nəfər xəsarət
alıb.




“Xilasetmə işçiləri dağıntıların təmizlənməsi işlərini aparır.
Hadisənin səbəbləri araşdırılır”, – Aqmola vilayəti Fövqəladə
Hallar Departamentinin rəsmi nümayəndəsi Yersain Koyşibayev
bildirib.