Azərbaycan könüllülərinin iştirakı ilə “613 Justice for Khojaly” fləş-mobu keçirilib

Baş səhifə

Bakı. Trend:

Xocalı soyqırımının 34-cü ildönümündə Azərbaycan Respublikasının
Gənclər Fondunun dəstəyi, Dənizkənarı Bulvar İdarəsinin
tərəfdaşlığı ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ)
tərəfindən “613 Justice for Khojaly” fləşmobu keçirilib.

Trend xəbər verir ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası
çərçivəsində keçirilən fləş-mobda min nəfər Azərbaycan könüllüsü
iştirak edib. Fləş-mobun keçirilməsində əsas məqsəd Xocalı
soyqırımının unudulmaması, dünya ictimaiyyətinə bu soyqırımı
həqiqətlərinin çatdırılması və Xocalı qurbanlarının əziz
xatirəsinin anılmasıdır.




Fləş-mob zamanı könüllü gənclər “Xocalıya ədalət!” şüarını
səsləndirərək, faciənin beynəlxalq səviyyədə tanıdılması və
ədalətin bərqərar olunması üçün çağırış ediblər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi:
“Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı
qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş
meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın”.