
Bakı. Trend:
BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən
istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları
sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə
Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə
müəyyən edilərək saxlanılıb.
Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətindən məlumat
verilib.


