Kahramanmaraşda yenidən ZƏLZƏLƏ 

Baş səhifə

Kahramanmaraşın Elbistan rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar saat 20:17 radələrində qeydə alınıb və zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ ətraf vilayətlərdə də hiss olunub. Qurum hadisə ilə bağlı vəziyyətin nəzarətdə saxlanıldığını bildirib.