
Bakı. Trend:
Xəzər və Nərimanov rayonları ərazisində yerləşən marketlərdən
oğurluq edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı E.Qədirov
və 39 yaşlı R.Gözəlov müəyyən edilərək saxlanılıblar.
Onların müştəri qismində daxil olduqları marketlərdən spirtli
içki və tütün məmulatları oğurlayaq satdıqları məlum olub.
Saxlanılanlardan E.Qədirovun ictimai nəqliyyatda olan zaman bir
qadına məxsus pul kisəsini taladığı da məlum olub.
Faktlarla bağlı araşdırma aparılır.


