Azərbaycan Yüksək Liqası: “Abşeron” və “DH Volley” kollektivləri qələbə qazanıb

Baş səhifə
Azərbaycan Yüksək Liqası: Abşeron və DH Volley kollektivləri qələbə qazanıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start verilib.

“Report”un məlumatına görə, turun ilk oyun günündə iki görüş baş tutub.

Əvvəlcə “Abşeron” “Murov Az Terminal” komandasını 3:1 (25:14, 21:25, 25:17, 25:13) hesabı ilə üstələyib. Ardınca isə “DH Volley” komandası “Gəncə”ni məğlub edib – 3:2.

Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Qeyd edək ki, XV tura fevralın 27-də yekun vurulacaq.