Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Xocalı soyqırımının
34-cü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun (qüvvə)
növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi
hissələrdə, eləcə də Milli Müdafiə Universitetinin tabeliyində
fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində və
xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının
nümayəndəliklərində silsilə tədbirlər keçirilib.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin, eləcə
də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla
yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.




Anım mərasimlərində bildirilib ki, Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra faciənin əsl
hüquqi qiymətini alması ilə bağlı milli səviyyədə addımlar atılıb.
Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın
26-sı Xocalı Soyqırımı Günü elan edilib.

Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması
istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, eləcə də Heydər Əliyev
Fondunun həyata keçirdiyi məqsədyönlü fəaliyyətləri xüsusi
vurğulanıb.
Silsilə tədbirlər çərçivəsində saat 17:00-da Xocalı soyqırımı
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Soyqırımı
qurbanlarının xatirəsinə ucaldılmış abidələr ziyarət olunub,
ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr
oxunub, fotosərgilər, ədəbi-bədii kompozisiyalar və filmlər nümayiş
etdirilib.