İstanbulda terror aktı planlaşdıran 4 nəfər saxlanılıb

Baş səhifə
İstanbulda terror aktı planlaşdıran 4 nəfər saxlanılıb

İstanbulda terror aktı planlaşdıran İnqilabçı Xalq Qurtuluş Partiyasının dörd üzvü İstanbulda saxlanılıb.

“Report” “A Haber”ə istinadən xəbər verir ki, kəşfiyyat tədbirləri zamanı şübhəlilərin İstanbulda təşkilatın qeyri-qanuni strukturlarında fəaliyyət göstərdiyi müəyyən edilib.

Onların şəhərin müxtəlif kritik nöqtələrində silahlı və bombalı hücum həyata keçirməyə hazırlaşdıqları iddia olunur.

Hazırda faktla bağlı araşdırma aparılır.

MƏLUMAT YENİLƏNİR