
Bakı. Trend:
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan 26 fevral Xocalı
soyqırımı münasibətilə Azərbaycan xalqına başsağlığı verib.
Trend xəbər verir
ki, bu barədə XİN rəhbəri rəsmi “X” səhifəsində paylaşım edib.
“Xocalı soyqırımının 34-cü ildönümündə həyatını itirən
Azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq. Qardaş Azərbaycanın
kədərini qəlbimizin ən dərin yerində duyuruq”, -deyə paylaşımda
qeyd edilib.
Nazir sonda vurğulayıb ki, Türkiyə bir millət iki dövlət
prinsipini əsas tutaraq hər zaman Azərbaycanın yanındadır.


