Manatla yeni kredit qoyuluşları xarici valyutadakını 12 dəfədən çox üstələyib

Baş səhifə

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Azərbayacanda kredit təşkilatlarının
müddətlər üzrə yeni kredit qoyuluşlarının cəmi məbləği 2,530
milyard manat təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 95,1 milyon manat və ya 3,9% çoxdur.

Hesabat dövründə cəmi yeni kredit qoyuluşlarının 2,339 milyard
manatını milli valyutada (manat) kreditlər təşkil edib.

Milli valyutadakı yeni kreditlərin 577,2 milyon manatı
qısamüddətli, 1,762 milyard manatı isə uzunmüddətli olub.




Hesabat dövründə cəmi yeni kredit qoyuluşlarının 191 milyon
manatı isə xarici valyutada verilmiş kreditlər olub ki, bu
kreditlərin də 154,1 milyon manatı qısamüddətli, 36,9 milyon manatı
isə uzunmüddətli kreditlər olub.

2025-ci ilin fevralın 1-nə olan göstəricilərlərə müqayisədə
2026-ci ilin fevralın 1-nə milli valyutada qoyulmuş yeni kreditlər
82,2 milyon manat və ya 3,6%, xarici valyutada qoyulmuş yeni
kreditlər isə 12,8 milyon manat və ya 7,2% artıb.

Beləliklə, dövr ərzində manatla cəmi yeni kredit qoyuluşları
xarici valyutadakıları 2,148 milyard manat və ya 12,2 dəfə
üstələyib.