
Polşa Səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.
“Report” xəbər verir ki, səfirlik bu barədə “X” sosial media hesabında yazıb.
“Xocalı faciəsinin ildönümündə Polşa Respublikasının Bakıdakı Səfirliyi qurbanları yad edir və onların ailələrinə dərin hüznlə başsağlığı verir. Bu hadisəni anmaq tarixi yaddaşın qorunması və sülhün təşviqi baxımından mühüm əhəmiyyət daşıyır”, – paylaşımda qeyd olunub.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


