Kamçatka sahillərində 6,5 maqnitudalı zəlzələ qeydə alınıb

Baş səhifə
Kamçatka sahillərində 6,5 maqnitudalı zəlzələ qeydə alınıb

Kamçatka sahillərində 6,5 maqnitudalı yeraltı təkan qeydə alınıb.

“Report”un Rusiya KİV-lərinə istinadən xəbər verdiyinə görə, bu barədə REA-nın Vahid Geofizika Xidmətinin Kamçatka filialından məlumat verilib.

“Maqnituda: 6,5. Petropavlovsk-Kamçatskidə intensivlik (ilkin qiymətləndirmə): 3 bal”, – məlumatda deyilir.

Dəqiqləşdirilir ki, zəlzələ şəhərdən 236 km məsafədə baş verib. Episentr 32,9 km dərinlikdə yerləşib.