Vinisius Junior ardıcıl beşinci matçda qol vuraraq şəxsi rekordunu təkrarlayıb

Baş səhifə
Vinisius Junior ardıcıl beşinci matçda qol vuraraq şəxsi rekordunu təkrarlayıb

İspaniyanın “Real” klubunun futbolçusu Vinisius Junior şəxsi rekordunu təkrarlayıb.

“Report” “Opta”ya istinadən xəbər verir ki, 25 yaşlı vinger buna “Benfika”ya qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.

Braziliyalı oyunçu ardıcıl beşinci rəsmi matçda qol vurub. Vinisius 2022-ci ildə də bu göstəriciyə imza atmışdı.

Qeyd edək ki, “Real” sözügedən görüşdə “Benfika”nı 2:1 hesabı ilə üstələyib.