Bakı. Trend:
Kuba sularına girən Amerika qeydiyyatlı qayıq atəş açıb,
nəticədə ölən və yaralananlar var.
Trend xəbər verir
ki, bu barədə Respublika Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda bildirilib: “25 fevral 2026-cı il tarixində səhər
saatlarında ABŞ-nin Florida ştatında qeydiyyatdan keçmiş FL7726SH
nömrəli sürətli qayıq El Pino kanalı yaxınlığında aşkar edilib. Beş
nəfərdən ibarət Kuba Daxili İşlər Nazirliyinin sərhəd patrul qayığı
şəxsiyyəti müəyyən etmək üçün yaxınlaşdıqda, qayıq Kuba
hərbçilərinə atəş açıb. Nəticədə Kuba gəmisinin komandiri
yaralanıb, dörd xarici hücumçu ölüb, altısı isə yaralanıb.”
Kuba Daxili İşlər Nazirliyinin məlumatına görə, əks atəş
nəticəsində yaralananlar təxliyə edilib və onlara tibbi yardım
göstərilib.

