Bakı. Trend:
Qeyri-qanuni mühacirləri aparan qayığın Krit adası yaxınlığında
çevrilməsi nəticəsində 21 Misir vətəndaşı həlak olub. Yunanıstana
tərəf üzən qayıqda ümumilikdə 50 nəfər olub.
Trend xəbər verir
ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, batan şəxslərin üçünün meyiti sudan çıxarılıb.
Qalanların axtarışı davam edir.
Qeyd olunur ki, bu, son iki ay ərzində misirli qeyri-qanuni
mühacirlərin ölümü ilə nəticələnən ikinci hadisədir. Dekabrda baş
vermiş oxşar hadisədə 14 misirli həlak olmuşdu.
Misir tərəfi itkin düşənlərin axtarışlarının sürətləndirilməsi
barədə göstəriş verib. Misirin Afinadakı səfirliyindən bildirilib
ki, qayıq qonşu dövlətlərdən birindən Yunanıstana istiqamət
alıbmış.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2026-cı ilin
əvvəlindən Aralıq dənizində oxşar hadisələr nəticəsində 600-dən çox
mühacir həyatını itirib.

