Azərbaycan güləşçiləri Tiranadakı “Muhamet Malo” turnirində üç medal qazandılar

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın sərbəst güləşçiləri Tirana şəhərində keçirilən
“Muhamet Malo” turnirində üç medal əldə ediblər.

Trend xəbər verir
ki, 65 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Rəşid
Babazadə reytinq turnirinin finalında məğlub olaraq fəxri kürsünün
ikinci pilləsinə qalxıb.

O, həlledici görüşdə hindistanlı U-23 dünya çempionu Sucet
Sucetə 0:10 hesabı ilə uduzub.




İslam Bazarqanov (57 kq) isə üçüncü yer uğrunda qarşılaşmada
hindistanlı Akşay Tanaci Dhereni 9:2 hesabı ilə məğlub edərək
bürünc medal qazanıb.

Arseniy Djioyev (86 kq) üçüncü yer uğrunda görüşdə amerikalı
ikiqat olimpiya mükafatçısı və dördqat dünya çempionu Kayl Deyki
4:1 hesabı ilə üstələyərək reytinq turnirinin bürünc medalına sahib
çıxıb.