
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi Xocalı rayonuna köçürülmüş sakinlərdən
artıq 1137 şəxsi məşğulluq tədbirlərinə cəlb edib.
Trend xəbər
verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.
Bildirilir ki, onlardan 1099 şəxsin rayon ərazisində məşğulluğu
təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 198 nəfər
üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb),
38 sakin isə peşə kurslarına cəlb edilib.
“Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri
aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı
məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir”, – məlumatda
qeyd olunub.


